ƏMDX-nin hər bir imtina cavabı bir ailənin probleminin artması deməkdir: CİDDİ
Belediyye.infonun əldə etdiyi rəqəmlərdən belə məlum olur ki, 2025-ci il ərzində İsmayıllı və Qəbələ rayonlarında formalaşan bələdiyyələrin büdcə gəlirlərində ciddi azalma qeydə alınıb. Əsas azalma isə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı olub. Rəqəmlərə diqqət yetirək.
Dövlət
Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə
İsmayıllı rayonunda formalaşan 11 bələdiyyəyə mülkiyyətin özgəninkiləşdirilməsindən
16.600 manatlıq vəsait daxil olub. Bu ötən
illə müqayisədə 88.5 faiz az deməkdir.
Ümumi
büdcə gəlirlərinin cəmi 3.5 faizi bu
istiqamətdən daxil olub. 2024 -cü ildə bu rəqəm ümumi büdcə gəlirinin 24
faizini təşkil etmişdi. İsmayıllı rayon bələdiyyələrinin ümumi büdcə gəlirində də
2024-ci illə müqayisədə 20.3 faiz azalma qeydə alınıb.
Dövlət
Statistika Komitəsindən digər bir məlumatında ötən ol ərzində Qəbələ rayonunda formalaşan 12 bələdiyyənin
büdcə gəlirində 31.9 faiz azalma qeydə alındığı bildirilir.
Qəbələ bələdiyyələrinə mülkiyyətin özgəninkiləşdirilməsindən 2024-cü illə müqayisədə 72.4 faiz az gəlir daxil olub. Büdcə gəlirlərinin cəmi 23.9 faizi məhz bu istiqamətdən daxil olub. Qəbələ bələdiyyələrinin bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmi isə 7.2 faiz azalıb.
*****
Sual olunur bu azalmanı yaradan əsas səbəb nədir? Nəzərə alaq ki, bu rayon bələdiyyələrindən vergi-uçot sistemi lazımı səviyyədə qurulub, BAMS proqramının yaratdığı bütün imkanlardan bələdiyyələr bacardıqları qədər yararlanırlar. Bəs problem nədədir? Problem rəqəmlərdərn də göründüyü kimi, mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlıdır. Sənədləşdirmə prosesində həm RİH-dən, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumlarından rəy alınır, Bu qanunun tələbidir. RİH-lərdə bu istiqamətdə bəzən müəyyən anlaşılmazlıq olsa da problem olmur. Onu da nəzərə alaq ki, icra başçıları bələdiyyə büdcəsinə əlavə vəsaitin daxil olmasına maraqlıdır. Çünki əldə olunun vəsait sonda vətəndaşın hansısa probleminin həllinə bu və ya digər şəkildə yönəldiləcək. Ancaq Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumları bələdiyyələrin rəylə bağlı müraciətlərinə qeyri-ciddi yanaşması nəticədə bələdiyyənin büdcə gəlirlərinin azalmasına səbəb olub. Bu gün bələdiyyə tərəfindən rəylərin verilməsi ilə bağlı müraciətlərin 90 faizinə imtina verilməsinə, maraqlıdır bu qurumda necə baxırlar. Standart və şablon cavabların verilməsindən özləri niyə narahat olmurlar, bezmirlər. Tövsiyə edərdim ki, imtina cavablarının məzmunu heç olmasa arada dəyişdirilsin.
*****
ƏMDX
-də çalışanılara məlumat üçün bildirmək istərdim ki, onların hər bir imtina
cavabı bir ailənin probleminin artması deməkdir. Yəni prosesi bələdiyyə icra
etsə də, məmnun qalan tərəf vətəndaşdır,
vətəndaşın ailəsidir. Ancaq ƏMDX müvafiq qurumları vətəndaşı məmnun olmağa
imkan vermir, ən əsası vətəndaşı bələdiyyəyə qarşı qoyur, hətta vətəndaşı bələdiyyənin
üzərinə qaldıraraq onu Ədliyyə nazirliyinə müraciət etməyi sanki məcbur edirlər.
Xatırladım
ki, ölkə başçısı cənab İlham Əliyev hər bir məmurun xalqın xidmətçisi olduğunu
dəfələrlə qeyd edib, o cümlədən vətəndaş məmnunluğunun təmin edilməsini hər bir
qurum qarşısında bir vəzifə kimi qoyub.
Maraqlıdır,
ƏMDX-də vətəndaş məmnunluğu beləmi təmin edilir.Hər halda düşünməyə dəyər…
Vüqar
Tofiqli
Rəylər
0 Rəy